Elxan Məmmədov açıqladı: "Kəpəz" Premyer Liqada qalacaq?

17:02 - 23 May 2018

AFFA-nın baş katibi Elxan Məmmədov Sportal.az saytına açıqlama verib.

 

Qurum rəsmisi Topaz Premyer Liqasında sonuncu yeri tutan "Kəpəz"in növbəti mövsüm I Divizionda yarışacağını rəsmən söyləyib:

 

"İdman prinsiplərini qorumaq lazımdır. Buna uyğun olaraq da son yeri tutan komanda çempionatı tərk etməlidir. Onsuz da AFFA hər zaman "Kəpəz"ə dəstək verib. Bu, belə də davam edəcək. Maliyyə dəstəyi verməkdə davam edəcəyik. Müvafiq qaydada bu proses olacaq. Ümid edirik ki, "Kəpəz" növbəti mövsüm I Divizionda 1-ci yeri tutacaq, lisenziyalaşdırma şərtlərinə cavab verəcək və Premyer Liqaya dönəcək. Gəncə komandası Premyer Liqada olmayacaq və aşağı liqada yarışacaq".

 

Qeyd edək ki, "Kəpəz"in yerinə elitaya I Divizionda 5-ci pilləni tutan "Sabah" klubu buraxılıb.

Xəbər xətti