Yubiley oyununda 8 qol

00:29 - 24 May 2018

Bu gün Bayıl stadionunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib.

 

Sportal.az xəbər verir ki, oyunda futbol veteranlarından ibarət “Təcrübə” komandası ilə futbol ictimaiyyətinin nümayəndələrindən təşkil olunmuş “Futbol funksionerləri” komandası qarşılaşıb.

 

Görüş 4:4 hesabı ilə başa çatıb. “Təcrübə” komandasının üzvləri Kənan Kərimov və Musa Qurbanov dubl edib. “Futbol funksionerləri” komandasının heyətində isə Zaur Hacı-Məhərrəmov, Rəşad Sadıqov, Yunis Hüseynov və Bəxtiyar Osmanov fərqlənib.

Xəbər xətti