Qurban Qurbanovun mətbuat konfransının vaxtı məlum oldu

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan və Qırğızıstan yığmaları arasındakı yoxlama oyunu ərəfəsində millimizin mətbuat üçün açıq məşqinin və baş məşqşçi Qurban Qurbanovla bir neçə futbolçunun iştirak edəcəyi mətbuat konfransının vaxıtı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, mayın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşq baş tutacaq. Hazırlıq prosesi saat 18:00-da start götürəcək.

 

Bundan bir gün sonra, mayın 27-də isə “Hyatt Ragency” otelinin Nizami zalında mətbuat konfransı təşkil olunacaq. Tədbir saat 12:00-da başlayacaq.

Tarix: 24 May [00:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Avqust 2018
21  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio