Yunis Hüseynov I Divizionda çıxış edəcək "Kəpəz"də qalacaq? MÜSAHİBƏ

00:38 - 24 May 2018

AFFA-nın baş katibi Elxan Məmmədov Topaz Premyer Liqasında sonuncu yerin tutan "Kəpəz"in elita ilə vidalaşdığını, əvəzinə I Divizionda 5-ci yeri tutan komandanın yüksək dəstəyə vəsiqə qazandığını açıqladı.

 

Gəncə klubunun baş məşqçisi Yunis Hüseynov Sportal.az saytına danışıb.

 

- "Kəpəz"in taleyi necə olacaq?

- Gözləyirik ki, "Kəpəz" Premyer Liqada qalsın. Bölgələrdə futbolun olması vacib şərtdir. Buna görə də istəyirik ki, elitada qalaq.

 

- Elxan Məmmədov bildirdi ki, "Kəpəz" Premyer Liqanı tərk edib...

- Əgər elə deyibsə, düzələsi nəsə yoxdur.

 

- Bəs sizin taleyiniz necə olacaq?

- Mənim öz taleyim bilinmir. Heç nə düşünmürəm. Dəqiq nəsə bəlli deyil.

 

- I Divizionda çıxış edəcək "Kəpəz"i çalışdaracaqsınız?

- Hələ bilmirəm. O baxır komandanın aşağı dəstədə çıxış edib-etməməsinə.

Xəbər xətti