İnyestanın yeni klubu müəyyənləşdi

10:46 - 24 May 2018

"Barselona"dan ayrılan Andres İnyestanın yeni klubu məlum olub.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi karyerasını Yaponiyada davam etdirəcək. İspaniya millisinin üzvü "Vissel Kobe" klubu ilə razılıq əldə edib. Təcrübəli futbolçu Yaponiya klubu ilə 3 illik müqavilə üçün anlaşıb. Onun illik qazancı 25 milyon avro olacaq.

 

Qeyd edək ki, "Vissel Kobe"də Almaniya millisinin sabiq futbolçusu Lukas Podolski də çıxış edir.

Xəbər xətti