Kamran Ağayevin "Keşlə" macərası başa çatır?

12:48 - 24 May 2018

Qış fasiləsində Çexiyanın "Mlada" klubundan ayrılaraq Topaz Premyer Liqasında çıxış edən "Keşlə" ilə müqavilə imzalayan Kamran Ağayevin mövsümün sonunda sazişi başa çatacaq.

 

Sportal.az-ın məlumatın görə, Ağayev karyerasını "Keşlə"də davam etdirməyə bilər. Millimizin üzvü digər təklifləri götür-qoy edəcək. Kamranın Avropaya yollanacağı isə gözlənilmir.

 

Qeyd edək ki, 32 yaşlı qapıçı ölkə xaricində "Kayserispor", "Karşıyaka", "Boavişta" və "Mlada" klublarında çıxış edib. Ağayev bu mövsüm "Keşlə"də 10 oyun keçirib.

Xəbər xətti