Samuel Eto İtaliyaya geri dönə bilər

Qış fasiləsində "Antalyaspor"dan "Konyaspor"a keçən Samuel Eto Türkiyədən ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, kamerunlu forvard İtaliyaya dönə bilər. 37 yaşlı hücumçunun xidmətində "Latsio" maraqlıdır. Eto paytaxt klubunun idman direktoru İqli Tare ilə 4 saat görüş keçirib. İtaliya mətbuatında yer alan xəbərə görə, təcrübəli futbolçu Seriya A-ya geri dönməyə müsbət yanaşıb.

 

Qeyd edək ki, Etonun "Konyaspor"la 1 illik müqaviləsi qalıb. O, daha öncə İtaliyada "İnter" və "Sampdoriya"da çıxış edib.

Tarix: 24 May [13:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Avqust 2018
21  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio