Runi Amerikaya üz tutdu

13:50 - 24 May 2018

"Everton"un hücumçusu Ueyn Runi klubdan ayrılıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli forvard karyerasını ABŞ-da davam etdirəcək. MLS təmsilçisi "Di Si Yunayted" Runi ilə danışıqları müsbət tamamlayıb. 32 yaşlı oyunçu müqavilə üçün Amerikaya üz tutub. Sözləşmənin detalları isə açıqlanmayıb.

 

Qeyd edək ki, Runi bu mövsüm 40 oyunda 10 qol və 2 assistlik performans sərgiləyib.

Xəbər xətti