"Neftçi" Səlahət Ağayevin maaşını azaldıb? AÇIQLAMA

14:55 - 24 May 2018

"Neftçi"nin qapıçısı Səlahət Ağayevin əmək haqqının ikiqat azaldıb, yeni müqavilə təklif edəcəyi xəbərləri yayılmışdı.

 

Milli komandamızın qapıçısı Səlahət Ağayev Sportal.az-a açıqlamasında bu şayiələri təkzib edib. 27 yaşlı əlcək sahibi "Neftçi" ilə müqaviləsinin qüvvədə olduğunu vurğulayıb:

 

"Belə bir söhbət yoxdur. Mənim klubla müqaviləm var. Bu şayiələr isə doğru deyil. Əmək haqqım azaldılmayıb. Karyeramı "Neftçi"də davam etdirəcəm".

 

Qeyd edək ki, Ağayev ötən ilin yayında "Keşlə"dən "Neftçi"yə keçib.

Xəbər xətti