Çempionlar Liqası finalı İstanbulda

Çempionlar Liqasında 2019/2020-ci illər mövsümündə final qarşılaşmasının keçiriləcəyi yer müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, final oyunu İstanbulda keçiriləcək. Qitənin ən nüfuzlu klub turnirinin həlledici matçı İstanbul Olimpiya stadionunda baş tutacaq. Türklər Lisasabonun "Estadion da Luz" stadionu ilə yarışdan qalib ayrılıb. Həmin mövsümdə Avropa Liqasının həlledici oyunu isə Polşanın Qdansk şəhərində keçiriləcək.

 

Qeyd edək ki, ÇL-in 2004/2005 mövsümünün finalı da İstanbulda keçirilmişdi. Həmin qarşılaşmada "Liverpul" "Milan"a qalib gələrək kuboka yiələnmişdi.

Tarix: 24 May [16:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyun 2018
22  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio