"Vilyarreal"ın futbolçusu "Atletiko"da

16:54 - 24 May 2018

"Atletiko" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Vilyarreal"ın futbolçusu Rodriqo Ernandesi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Hindular" 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Rodriqo Ernandes "Atletiko"nun yetirməsidir. Bu mövsüm "Vilyarreal"ın heyətində 47 rəsmi oyunda iştirak edən gənc futbolçu 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 

Xəbər xətti