Arda Turanın cəzası azaldıldı

17:26 - 24 May 2018

Türkiyə Futbol Federaasiyasının "Başakşəhər"in futbolçusu Arda Turana 16 oyunluq cəza verməsini diqqətinizə çatdırmışdıq.

 

Sportal.az xəbər verir ki, cəzadan narazı qalan yarımmüdafiəçi apelyasiya şikayəti verib. Apelyasiya Ardanın cəzasını azaldıb. Belə ki, 16 oyunluq cəza 10 oyuna endirilib.

 

Qeyd edək ki, Arda Super Liqanın 32-ci turunda "Sivasspor"la oyunun (1:1) 94-cü dəqiqəsində yan xətt hakimini itələyib, onu təhqir edib və hədələyib.

Xəbər xətti