Xavi Qətər klubu ilə 2 illik müqavilə imzaladı

18:18 - 24 May 2018

Qətərin "Əl-Sədd" klubunda çıxış edən Xavi Hernandes yeni müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi Asiya klubu ilə sözləşməsinin müddətini uzadıb. Klubu ilə  2 illik müqavilə imzalayan Xavi 2020-ci ilədək "ƏI-Sədd"ın formasını geyəcək.

 

Qeyd edək ki, "Barselona"nın əfsanə futbolçularından olan Xavi 2015-ci ildən "Əl-Sədd"də çıxış edir. Təcrübəli futbolçu Qətər klubunun heyətində meydana çıxdığı 68 qarşılaşmada 19 qol vurub.

Xəbər xətti