Dünya çempioatına ən çox futbolçu göndərəcək klub

18:35 - 24 May 2018

"Mançester Siti" Rusiyada keçiriləcək dünya çempionatına ən çox futbolçu göndərən klub olacaq.

 

Sportal.az xəbər verir ki, İngiltərə Premyer Liqası təmsilçisi 17 oyunçu ilə mundialda təmsil olunacaq.

 

"Şəhərlilər"in heyətindən mundiala Ederson Moraeş, Danilo, Fernandinyo, Qabriel Jezuş (hamısı Braziliya), Fabian Delf, Con Stounz, Kayl Uolker, Rahim Sterlinq (hamısı İngiltərə), İlkay Gündoğan, Leroy Sane (hər ikisi Almaniya), Nikolas Otamendi, Serxio Aqüero (hər ikisi Argentina), Vensan Kompani, Kevin De Brüyn (hər ikisi Belçika), Bernardu Silva (Portuqaliya), David Silva ( İspaniya) və Benjamen Mendi (Fransa) yollanacaq.

 

Bu statistikaya görə ikinci yeri İspaniya təmsilçisi "Real" tutur. "Kral klubu" mundialda 16 futbolçu ilə təmsil olunacaq.

Xəbər xətti