Torres Yaponiya klubunda

18:50 - 24 May 2018

"Atletiko" ilə vidalaşan Fernando Torresin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı hücumçu Yaponiyaya yollanacaq. İspaniya mətbuatının tirajladığı məlumata görə, təcrübəli forvard "Saqan Tosu" klubu ilə razılığa gəlib. ABŞ və Çindən təkliflər alan Torres Yaponiya variantına üstünlük verib.

 

Qeyd edək ki, Torres başa çatan mövsümdə 45 oyuna 10 qol vurub.

 

Əlavə edək ki, "Barselona"dan ayrılan Andres İnyesta Yaponiyanın "Vissel Kobe" komandasına keçib.

Xəbər xətti