Avro-2020: Bakıda keçiriləcək oyunların tarixi açıqlandı

19:06 - 24 May 2018

UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarının tarixlərini açıqlayıb.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək 4 oyunun da vaxtı müəyyənləşib.

 

Bunlardan 3-ü qrup mərhələsinin, 1-i isə 1/4 final mərhələsinin oyunlarıdır. UEFA-nın elan etdiyi təqvimə əsasən, Bakıda keçiriləcək A qrupunun 3 oyunu, müvafiq olaraq, iyunun 13-də, 17-də və 21-də olacaq. 1/4 final mərhələsinin BOS-dakı qarşılaşması isə iyulun 4-də keçiriləcək.

Xəbər xətti