Poçettino ilə yeni müqavilə imzalandı

00:10 - 25 May 2018

“Tottenhem” baş məşqçisi Maurisio Poçettino ilə müqaviləni yeniləyib.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 45 yaşlı mütəxəssislə sözləşə 2023-cü ilə qədər uzadılıb.

 

Qeyd edək ki, argentinalı məşqçi 2014-cü ildən “Tottenhem”i çalışdırır. Onun rəhbərliyi altında komanda Premyer Liqada mövsümü 3-cü pillədə başa vurub.

Xəbər xətti