Millimizin üzvü "Darmştadt"ın hədəfində

10:54 - 25 May 2018

Millimizin üzvü Dmitri Nazarov Almaniyada klubunu dəyişə bilər.

 

Sportal.az xəbər verir ki, "Aue"də çıxış edən 28 yaşlı futbolçu II Bundesliqanın digər təmsilçisi "Darmştadt"ın maraq dairəsindədir. Qarşısına Bundesliqaya yüksəlmək məqsədi qoyan "Darmştadt" bu keçid üçün "bənövşəyilər"ə təzminat ödəməlidir. Nazarovun "Aue" ilə 2021-ci ilə qədər müqaviləsi var.

 

Qeyd edək ki, Dmitri Nazarov "Aue"yə 2016-cı ildə "Karlsrue"dən keçib.

 

Nazarov bu mövsüm II Bundesliqada 30 oyuna 3 qol vurub.

Xəbər xətti