İbrahim Şehiç "Parma"da?

11:27 - 25 May 2018

"Qarabağ"dan ayrılan İbrahim Şehiçin yeni komandasının adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Bosniya və Herseqovina milli komandasının üzvü karyerasını İtaliya A Seriyasında davam etdirəcək. 

 

O, uzun müddət sonra yüksək liqaya vəsiqə qazanan "Parma" klubu ilə anlaşıb. 29 yaşlı təcrübəli əlcək sahibi yaxın günlərdə İtaliyanın ən köklü klubu ilə münasibətlərini rəsmiləşdircək. O, yeni klubu ilə 3 illik sözləşmə imzalayacaq.

 

Qeyd edək ki, Şehiç 2013-cü ildən "Qarabağ"da çıxış edirdi. O, Ağdam klubuna Türkiyənin "Mersin" klubundan transfer olunub.  (Futbol11.az)

Xəbər xətti