“Şevardeni” Nəbiyevsiz məğlub oldu

11:37 - 25 May 2018

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi Gürcüstanın “Şevardeni” komandası növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Gürcüstan 2-ci liqasının 13-cü turunda doğma meydanda Batumi “Dinamo”su ilə qarşılaşan həmyerlimizin komandası bu matçdan məğlubiyyətlə ayrılıb - 0:1.

 

Fərid bu qarşılaşmanın iştirakçısı olmayıb. O, U-20 yığmamızın Bakıdakı toplanışında iştirak etdiyi üçün hazırda bu klubun düşərgəsində deyil.

 

Qeyd edək ki, geridə qalan turlarda 6 oyunda forma şansı qazanan Fərid indiyə qədər 2 qol vurub, 2 məhsuldar ötürmənin müəllifi olub.

 

13 turdan sonra hesabında 19 xal olan “Şevardeni” 10 komanda arasında 5-ci pillədə qərarlaşıb. 

Xəbər xətti