"Kamran Quliyevin fikri nədi?"

11:57 - 25 May 2018

"Neftçi" Tərlan Əhmədovun rəhbərliyi altında Premyer Liqada mövsümü 3-cü pillədə tamamladı. Buna baxmayaraq, mütəxəssislə başa çatacaq müqavilə yenilənməyib. Saytımıza müsahibəsində Əhmədov klubdan yeni müqavilə təklifi almadığını açıqlamışdı.

 

Sportal.az xəbər verir ki, "Xəzər" TV-də çalışan idman jurnalisti Ceyhun Rzayev bu məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, rəhbərliyin Tərlan Əhmədova olan bu münasibətini yolverilməz adlandırıb:

 

"Neftçi" rəhbərliyi nəyi və ya kimi gözləyir? Komandanı çətin durumda qəbul edib bürünc medal qazandıran insana qarşı yolverilməz münasibət göstərirlər. Tərlan Əhmədov bu mövsüm maksimum nəticə verdi "Neftçi"də. Bu ölkədə yaxşı məşqçi futbolçular qədər azdı. Kamran Quliyevin fikri nədi? ''Sumqayıt'', ''Səbail" məşqçi tapa bilmir özünə. Gözləyirsiz ki, iyunun 1-i Əhmədov başqa klubda işə başlasın? Kişi iş görüb, nəticə verib, dəstək olmaqdan işin gedişatına mane olursuz".

Xəbər xətti