Əmrə yeni müqavilə imzaladı

13:26 - 25 May 2018

Türkiyə Super Liqasında mövsümü 3-cü pillədə başlayan "Başakşəhər" ara transferlərə başlayıb.

 

Sportal.az xəbər verir ki, İstanbul klubu kapitan Əmrə Belözoğlu ilə müqavilə müddətini uzadıb. 37 yaşlı yarımmüdafiəçi daha bir mövsüm "Başakşəhər"in uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, təcrübəli futbolçu 2015-ci ildən "Başakşəhər"də çıxış edir. Əmrə "Qalatasaray", "İnter", "Nyukasl", "Atletiko" və "Fənərbaxça" kimi klublarda çıxış edib.

Xəbər xətti