"Sumqayıt"da yeni müqavilə

14:20 - 25 May 2018

“Sumqayıt” daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Cavid Tağıyevlə müqavilənin müddəti 1 il uzadılıb.

 

Qeyd edək ki, Tağıyev ötən mövsümdə 17 qarşılaşmada 1026 dəqiqə meydanda olub.

 

"Sumqayıt" daha öncə kapitan Vurğun Hüseynovla müqaviləni 2 il müddətinə uzadıb.

Xəbər xətti