"Qəbələ"nin futbolçusu ilin ən yaxşısı seçildi

15:15 - 25 May 2018

Mayın 20-də «Boulevard U-15 Liqası»nda 2017/18-ci illər mövsümünə yekun vuruldu.
 
Çempionat başa çatdıqdan sonra «Het-trik news» qəzeti birinciliyin ən yaxşı futbolçusunu müəyyənləşdirmək məqsədilə Liqada iştirak edən 15 komandanın məşqçiləri arasında sorğu apardı. Qaydalara əsasən hər məşqçi çalışdırdığı komandadan olmamaq şərtilə 5 futbolçunun adını çəkə bilərdi. Siyahıya uyğun olaraq adları çəkilən futbolçular 1-5 xal qazanırdılar. Yalnız «Sumqayıt»ın baş məşqçisi Mehman Yunusov rəqib futbolçuları yaxşı tanımadığını və bu üzdən səhv etmək istəmədiyini əsas gətirərək sorğuya qatılmadı. Qalan 14 məşqçinin fikrinə əsasən «Qəbələ»nin hücumçusu Kamal Kazımov 24 balla mövsümün ən yaxşı futbolçusu seçildi. 2-ci yerə 20 xal toplayan Əbil Əbilov («Keşlə»), 3-cü yerə isə 18 xalla Cəlal Hüseynov («Zirə») layiq görüldülər. İlk «beşliy»i Cəlaldan 1 xal az toplayan Mehrac Baxhəliyev («Qəbələ») və Əli Tağıyev («Keşlə») qapayır.
 
Ümumilikdə, sorğuda 32 futbolçunun adı çəkildi. Onlardan 8-i «Qəbələ»nin, 6-ı «Keşlə»nin, 5-i «Vətən»in şərəfini qoruyur. Həmçinin, «Zirə» və «Neftçi»nin 3, «Kəpəz» və «Viləş»in 2, «Qarabağ», «Səbail» və İsgəndər Cavadov BFA-nın 1 futbolçusunun adı siyahıda yer alıb.
 
Mövsümün ən yaxşısı haqqında qısa məlumat: Kazımov Kamal Kamil oğlu 2003-cü il yanvarın 6-da Bakıda anadan olub. 2015-ci ildə Nəbi Xanciqazovun rəhbərliyi altında futbolda ilk addımlarını atıb. Daha sonra bir müddət Azər Cabbarovun yanında futbolun sirlərinə yiyələnib. 2016-cı ilin yanvarında «Qəbələ»yə keçib. Bir müddət Rüfət Mədətovun rəhbərlik etdiyi komandada oynayan Kamal hazırda Rakif Əliyevin çalışdırdığı «Qəbələ»nin U-16 komandasının üzvüdür. O, eyni zamanda U-16 millimizin də futbolçusudur.
 
«Het-trik news» qəzeti Kamal Kazımova mükafatı yanvar ayının 31-də «Vətən» Futbol Məkbətinin keçirdiyi «Respublika Günü» turnirinin finalından sonra təqdim edəcək. 
 
Səsvermənin nəticələri:
 
1. Kamal Kazımov («Qəbələ») 24
2. Əbil Əbilov («Keşlə») 20
3. Cəlal Hüseynov («Zirə») 18
4-5. Mehrac Baxşəliyev («Qəbələ») 17
4-5. Əli Tağıyev («Keşlə») 17
6. Kamran Şabıyev («Vətən») 12
7. Nihad Cəfərov («Neftçi») 9
8. Gülağa Əsədov («Zirə») 9
9. Samir Əliyev («Viləş») 9
10. Bəhruz Tanrıverdiyev («Vətən») 8
11. Elvin Abdullayev («Vətən») 7
12. Vaqif Həsənov («Keşlə») 6
13. Rəşad Həsənov («Keşlə») 5
14. Kənan Kərimov («Vətən») 5
15. Süleyman Damadayev («Qəbələ») 5
16. Ramiz Qasımov («Viləş») 5
17. Seymur Məmmədov («Keşlə») 4
18. Ülvi Mədətov («Qəbələ») 3
19. Asif Məmmədov («Qəbələ») 3
20. Xəyal Səmədov («Qəbələ») 3
21. Məhəmməd Tağıyev («Keşlə») 3
22. Hüseyn Babayev («Neftçi») 3
23. Cavanşir Şahbazlı («Neftçi») 2
24. Ümid Səmədov («Kəpəz») 2
25. Rauf Rüstəmli («Qəbələ») 2
26. Rauf Ağasənov («Səbail») 2
27. Taleh Qarayev («Qəbələ») 2
28. Fərrux Fərzəliyev («Vətən») 1
29. Məhəmməd Səfərov («Zirə») 1
30. Elnur Əliyev («Qarabağ») 1
31. Həsən Seyfullayev («Kəpəz») 1
32. Məhəmməd Məmmədov (İ.Cavadov BFA) 1
 
Məşqçiərin seçimləri: 
 
İlqar Mənsimov («Vətən»)
 
1. Mehrac Baxşəliyev («Qəbələ»)
2. Əbil Əbilov («Keşlə»)
3. Cəlal Hüseynov («Zirə»)
4. Kamal Kazımov («Qəbələ»)
5. Həsən Seyfullayev («Kəpəz»)
 
Rakif Əliyev («Qəbələ»)
 
1. Nihad Cəfərov («Neftçi»)
2. Gülağa Əsədov («Zirə»)
3. Əbil Əbilov («Keşlə»)
4. Cəlal Hüseynov («Zirə»)
5. Kamran Şabıyev («Vətən»)
 
Xəyal Mustafayev («Keşlə»)
 
1. Cəlal Hüseynov («Zirə»)
2. Kamran Şabıyev («Vətən»)
3. Bəhruz Tanrıverdiyev («Vətən»)
4. Kamal Kazımov («Qəbələ»)
5. Cavanşir Şahbazlı («Neftçi»)
 
Cəfər Hüseynov («Zirə»)
 
1. Kamran Şabıyev («Vətən»)
2. Əbil Əbilov («Keşlə»)
3. Kamal Kazımov («Qəbələ»)
4. Vaqif Həsənov («Keşlə»)
5. Ümid Səmədov («Kəpəz»)
 
Asif Əlizadə («Qarabağ»)
 
1. Kamal Kazımov («Qəbələ»)
2. Cəlal Hüseynov («Zirə»)
3. Əbil Əbilov («Keşlə»)
4. Kamran Şabıyev («Vətən»)
5. Nihad Cəfərov («Neftçi»)
 
İlham Səmədov («Kəpəz»)
 
1. Əli Tağıyev («Keşlə»)
2. Bəhruz Tanrıverdiyev («Vətən»)
3. Ülvi Mədətov («Qəbələ»)
4. Nihad Cəfərov («Neftçi»)
5. Elnur Əliyev («Qarabağ»)
 
Mehman Yunisov («Sumqayıt»)
 
1. yoxdur
2. yoxdur
3. yoxdur
4. yoxdur
5. yoxdur
 
Zaur Seyidov («Neftçi»)
 
1. Kamal Kazımov («Qəbələ»)
2. Mehrac Baxşəliyev («Qəbələ»)
3. Gülağa Əsədov («Zirə»)
4. Əbil Əbilov («Keşlə»)
5. Bəhruz Tanrıverdiyev («Vətən»)
 
Xaqani Məmmədov («Səbail»)
 
1. Kamal Kazımov («Qəbələ»)
2. Əbil Əbilov («Keşlə»)
3. Rəşad Həsənov («Keşlə»)
4. Rauf Rüstəmli («Qəbələ»)
5. Elvin Abdullayev («Vətən»)
 
Ramin Babayev («Neftçi» İK İB)
 
1. Samir Əliyev («Viləş»)
2. Vaqif Həsənov («Keşlə»)
3. Asif Məmmədov («Qəbələ»)
4. Rauf Ağasənov («Səbail»)
5. Məhəmməd Səfərov («Zirə»)
 
Kənan Seyfullayev («Viləş»)
 
1. Mehrac Baxşəliyev («Qəbələ»)
2. Elvin Abdullayev («Vətən»)
3. Əli Tağıyev («Keşlə»)
4. Gülağa Əsədov («Zirə»)
5. Cavanşir Şahbazlı («Neftçi»)
 
Baba Əsgərov (İOEUGİM)
 
1. Kənan Kərimov («Vətən»)
2. Cəlal Hüseynov («Zirə») 
3. Xəyal Səmədov («Qəbələ») 
4. Rəşad Həsənov («Keşlə») 
5. Nihad Cəfərov («Neftçi») 
 
Kamal Ələkbərov («Turan»)
 
1. Ramiz Qasımov («Viləş»)
2. Əli Tağıyev («Keşlə»)
3. Hüseyn Babayev («Neftçi»)
4. Taleh Qarayev («Qəbələ»)
5. Ümid Səmədov («Kəpəz»)
 
Qəhrəman Əliyev (İsgəndər Cavadov BFA)
 
1. Əli Tağıyev («Keşlə»)
2. Samir Əliyev («Viləş») 
3. Mehrac Baxşəliyev («Qəbələ»)
4. Kamal Kazımov («Qəbələ»)
5. Fərrux Fərzəliyev («Vətən»)
 
Ceyhun Zurabov («Zaqatala»)
 
1. Süleyman Damadayev («Qəbələ»)
2. Seymur Məmmədov («Keşlə»)
3. Məhəmməd Tağıyev («Keşlə») 
4. Elvin Abdullayev («Vətən»)
5. Məhəmməd Məmmədov (İsgəndər Cavadov BFA)

Xəbər xətti