Arda Turana daha bir cəza

18:49 - 25 May 2018

“Başakşəhər” Super Liqanın 32-ci turunda “Sivasspor”la oyunda qırmızı vərəqə alaraq meydandan qovulan futbolçularını – Arda Turanla Mossoronu cəzalandırıb.

 

Sportal.az xəbər verir iki, klub rəhbərliyi Ardaya 250 min, Mossoroya isə 50 min avro cərimə kəsib.

 

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Mossoronu 4, Ardanı isə 16 oyunluq cəzalandırmışdı. Lakin ötən gün Ardanın cəzasına yenidən baxılıb və onun 10 oyunluq diskvalifikasiya olunması qərara alınıb.

Xəbər xətti