"Valensiya" "İnter"in futbolçusunu transfer etdi

19:22 - 25 May 2018

"Valensiya" "İnter"dən icarəyə götürdüyü Joffre Kondoqbianı birdəfəlik transfer edib.

 

Sportal.az xəbər verir ki, bu barədə "yarasalar"ın saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə 2022-ci ilə qədər müqavilə imzalanıb. Fransalı futbolçunun təzminat qiyməti 80 milyon avro qoyulub.

 

Bu keçid üçün "Valensiya" "İnter"ə 25 milyon avro ödəyib.

Xəbər xətti