“Səbail” 8 futbolçu ilə yollarını ayırdı

00:03 - 26 May 2018

“Səbail” daha 8 futbolçusu ilə yollarını rəsmən ayırıb.

 

Sportal.az xəbər verir ki, müqavilələrinin başa çatması ilə əlaqədar olaraq 6 futbolçu - Elman Taqayev, Ayrton Stati, Nikoloz Apakidze, Murad Ağayev, Vahit Orazsahedov, Nurlan Novruzov klubu tərk etməli olublar.

 

Həmçinin qarşılıqlı razılıq əsasında Raul Yaqubzadə və Kərim Diniyevlə də müqaviləyə xitam verilib.

 

Qeyd edək ki, daha öncə bu klubda icarə əsasında çıxış edən Faruk Miya və Yevgeni Koçuk da paytaxt təmsilçisini tərk etmişdi.

Xəbər xətti