Zinəddin Zidan: "Özümüzü favorit görmürük"

UEFA Çempionlar Liqasının finalında “Liverpul”la qarşılaşacaq “Real”ın baş məşqçisi Zinəddin Zidan matç öncəsi mətbuat konfransında fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, fransalı mütəxəssis uğurlarl haqda danışıb:

 

"Uğurlarımızın sirri çox çalışmaqdır. Biz bir komandayıq. Bəzi qərarlar verməliyəm və buna görə də bir çox oyunçu ehtiyatda qalmaq məcburiyyətində olur. Amma komandamız üçün düşünməliyik. Bir oyunçu buna görə məyus ola bilər və motivasiyası aşağı düşər, amma oyun başlayanda ehtiyatda oturan futbolçular da komandanın bir parçasıdır.

 

Zidan şansları bərabər hesab edir:

 

"İnsanlar çox müzakirələr edir, amma bu matçın favoriti nə bizik, nə də onlar. Finallarda şanslar hər zaman 50-50-yədir. Özümüzü favorit görmürük. Çıxıb oyunumuzu oynayıb, qalib gəlməyə çalışacağıq".

 

45 yaşlı çalışdırıcı Ronaldonun formada olduğunu deyib:

 

"Ronaldo belə oyunlar üçün yaşayır. Bu cür matçlar onun həyatına məna qatır. Finalı dörd gözlə gözləyir".

 

Zidan "Liverpul"da çalışan həmkarı Yurgen Kloppla bağlı xoş sözlər səsləndirib:

 

“Ona böyük hörmətim var. Çox təcrübəli məşqçidi. İnanılmaz işlər görür. Amma bənzər keyfiyyətlərimizin olduğunu söyləyə bilmərəm. Hər kəs və hər bir mütəxəssis bir-birindən fərqlənir”.

 

"Real" - "Liverpul" görüşü bu gün Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq. Oyun Kiyev Olimpiya Stadionunda keçiriləcək.

Tarix: 26 May [01:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Avqust 2018
21  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio