Nağıyev qol vurdu, "Qarabağ" mövsümü qələbə ilə tamamladı

11:03 - 26 May 2018

Avstriyanın Şərq Regional Liqasında mövsümə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana “Qarabağ”ı 34-cü tur çərçivəsində doğma meydanda “Noyzidl” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 4:2.

 

Emil bu görüşün iştirakçısı olmayıb. Elvinlə Dmitri isə start heyətdə meydana və sonadək oynayıblar. Elvin sarı vərəqə ilə də cəzalanıb. Nağıyev isə qollardan birinə imza atıb.

 

“Qarabağ” mövsümü 56 xalla 16 komanda arasında 5-ci pillədə başa vurub. Vyana klubunun 2-ci liqaya düşmək üçün pley-off oyunlarına vəsiqə verən ilk dördlüyə düşməsinə cəmi 1 xal çatmayıb. Vyana “Austriya”sı 57 xalla 4-cü olub.

Xəbər xətti