Millimizin proqramında dəyişiklik

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Qırğızıstan yoldaşlıq oyunu ərəfəsində keçiriləcək millimizin mətbuat üçün açıq məşqinin və baş məşqçi Qurban Qurbanovla bir neçə futbolçunun iştirak edəcəyi mətbuat konfransının vaxtında dəyişiklik edilib.

 

Sportal.az xəbər verir ki, həm açıq məşq, həm də mətbuat konfransı mayın 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 17:00-da mətbuat konfransı, yarım saat sonra isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşq keçiriləcək. 

Tarix: 26 May [11:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Oktyabr 2018
15  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio