"Real" "Liverpul"a qarşı

11:49 - 26 May 2018

Bu gün Çempionlar Liqasında 2017-2018 mövsümünün final oyunu keçiriləcək.

 

Sportal.az xəbər verir ki, həlledici oyunda “Real” və “Liverpul” üz-üzə gələcək.

 

Çempionlar Liqasının rekordçusu olan Madrid klubu 12 dəfə turnirin qalibi olub. "Liverpul" isə 5 dəfə ÇL kubokunu muzeyinə aparıb.

 

26 may

Çempionlar Liqası

Final

 

22:45. “Real” (İspaniya) – “Liverpul” (İngiltərə)
Baş hakim: Milorad Maziç (Serbiya)
Kiyev, Olimpiya stadionu

Xəbər xətti