1,5 milyardlıq final: Ehtimal heyətlər

Bu gün Çempionlar Liqasının final görüşü baş tutacaq.

 

Sportal.az xəbər verir ki, həlledici görüşdə Avropanın iki nəhəngi - "Real" və "Liverpul" qarşılaşacaq.

 

"Liverpul" 5, "Real" isə 12 dəfə turnirin qalibi olub. Madrid təmsilçisi son iki mövsümdə ÇL-in qalibi olub. İndiyə qədər heç bir komanda ardıcıl 3 dəfə bu uğuru qazanmayıb.

 

"Real" qalib gəlsə, cari mövsüm avrokubokların kuboku eyni paytaxta - Madridə gedəcək. Bu isə 1994-cü ildən sonra ilk dəfə baş verə bilər. Bu mövsüm Avropa Liqasının finalında "Atletiko" "Marseli" 3:0 hesabı ilə məğlub edərək qalib olub. ÇL kubokunun da Madridə getməsi üçün "Real" qalib gəlməlidir.

 

Sonuncu dəfə belə hal 1994-cü ilə təsadüf edir. ÇL-in finalında "Milan" "Barselona"nı 4:0 hesabı ilə məğlub etmişdi. Milanın digər təmsilçisi "İnter" isə "Zalsburq"u məğlub edərək UEFA Kubokunu qazanmışdı. Bu qələbələrlə avrokuboklar kuboku eyni mövsümdə eyni şəhərin iki komandasınln olmuşdu.

 

Hər iki komandanın ümumi dəyəri 1,5 milyard avro edir. "Transfermarkt"ə görə, "Real"ın dəyəri 962,5, "Liverpul"un isə 548,5 milyon avrdour.

 

"Real"da ÇL tarixində 120 qolla lider olan Kriştiano Ronaldo 120 milyon avro ilə komandasının ən bahalısıdır. "liverpul"da isə Məhəmməd Salahın qiyməti 80 milyon avro göstərilir.

 

"Real" və "Liverpul" ÇL-də 6-cı dəfə üz-üzə gələcək. 3 dəfə "Liverpul", 2 dəfə isə "Real" qələbə qazanıb. Topların fərqi isə "qırmızılar"ın xeyrinədir - 6:4.

 

Bu komandalar 1981-ci ildə Fransanın paytaxtı Parisdə turnirin finalında qarşılaşıblar. "Liverpul" Alan Kenedinin 81-ci dəqiqədə vurduğu qolla kuboku muzeyinə aparmışdı.

 

Bu matçdan sonra "Real" Çempionlar Liqasının finallarında heç vaxt uduzmayıb. "Kral klubu" 1981-ci ildən sonra çıxdığı bütün ÇL finallarında qalib gəlib (1998, 2000, 2002, 2014, 2016, 2017).

 

İki komandanın son dueli 2014/15 mövsümündə reallaşıb. ÇL-in qrup mərhələsində üz-üzə gələn komandaların duellərində "Real" sevinib. "Enfild"də 3:0 hesablı qələbə qazanan Madrid klubu evində də üstün olub - 1:0.

 

2008/09 mövsümünün 1/8 finalında isə "Liverpul" rəqibinə dərs keçmişdi. Evində 4:0 hesabı ilə qalib gələn mersisaydlılar "Santyaqo Bernabeu"da da sevinən tərəf olmuşdu - 1:0.

 

"Real" İngiltərə klubları ilə 37 dəfə rəsmi görüşlərdə üz-üzə gəlib. Madridlilər 15 dəfə qalib gəlib, 11 dəfə uduzub və 11 dəfə də bərabərə qalıb. Topların fərqi "Real"ın xeyrinədir - 52-43.

 

"Liverpul" da İspaniya klubları ilə 37 rəsmi görüş keçirib. "Qırmızılar" 14 dəfə qalib gəlib, 11 dəfə məğlub olub və 12 görüşdə meydanı məğlub tərk edib. "Liverpul" İspaniya klublarına qarşı son 7 görüşün 6-əda uduzub. Topların fərqi mersisaydlıların xeyrinədir: 46:30.

 

Ehtimal heyətlər:

 

"Real": Keylor Navas, Dani Karvahal, Serxio Ramos, Rafael Varan, Marselo, Kazemiro, Toni Kroos, Luka Modriç, İsko, Kriştiano Ronaldo, Kərim Benzema.

 

"Liverpul": Loris Karius, Trent Aleksander-Arnold, Vircil Van Deyk, Deyan Lovren, Endryu Robertson, Cordan Henderson, Ceyms Milner, Corcino Veynaldum, Məhəmməd Salah, Sadio Mane, Roberto Firmino.

Tarix: 26 May [13:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Oktyabr 2018
21  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio