Riçard Almeyda millidən ayrıldı

15:15 - 26 May 2018

Bakıda təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. 

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, Riçard Almeyda millinin hazırlıq prosesini tərk etməli olub. Buna səbəb yarımmüdafiəçinin zədəli olması göstərilir.

 

Azərbaycan millisi mayın 29-da Bakı Olimpiya Stadionunda Qırğızıstanla yoldaşlıq oyunu keçirəcək.

Xəbər xətti