İngiltərə klubunda yeni müqavilə

16:55 - 26 May 2018

İngiltərənin "Sautqempton" klubu baş məşqçisi Mark Huyzla yeni müqavilə imzalayıb. 

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssislə üçillik müqavilə bağlanıb. Uelsli məşqçinin köməkçiləri ilə də müqavilənin müddəti uzadılıb. 

 

Qeyd edək ki, Mark Huyz bu ildən etibarən "Sautqempton"a rəhbərlik edir. Komanda təcrübəli baş məşqçinin rəhbərliyi altında İngiltərə Premyer Liqasında qalmağı bacarıb. 

Xəbər xətti