"Sumqayıt" 2017/2018 mövsümündə STATİSTİKA

17:13 - 26 May 2018

Topaz Premyer Liqasında 2017/18 mövsümü başa çatıb.

 

Sportal.az xəbər verir ki, arxada qalan 28 tur ərzində "Sumqayıt" Futbol Klubunun əsas komandası 11 qələbə, 7 heç-heçə və 10 məğlubiyyətə imza atıb. Bu qarşılaşmalarda komanda 34 qol vurub və qapısından 33 top buraxıb. 

 

2017/2018 mövsümündə baş məşqçi Samir Abasov ümumilikdə 23 futbolçunun xidmətindən yararlanıb. Arxada qalan 28 tur ərzində "Sumqayıt" FK-da ən çox forma geyinmiş futbolçular – Cavid İmamverdiyev (28 oyun, 2350 dəqiqə) və Amil Yunanovdur (28 oyun, 2245 dəqiqə). Qeyd edək ki, Cavid İmamverdiyev və Amil Yunanov 2017/2018 mövsümündə bütün oyunlarda iştirak ediblər. 

 

Premyer Liqanın 2017/2018 mövsümündə "Sumqayıt" FK-da ən çox qol vuran futbolçu isə Amil Yunanovdur. 25 yaşlı hücumçu 28 oyunda (2245 dəqiqə) rəqib qapılarından 10 top keçirib. Qeyd edək ki, Yunanov komandamızın heyətində meydana çıxdığı 77 oyunda 28 qol vurmaqla "Sumqayıt" FK-nın tarixinə düşüb. Yarımmüdafiəçimiz Cavid İmamverdiyev isə 6 qolla komandamızın ikinci ən sərrast futbolçusudur.

 

Cavid İmamverdiyev – 28 oyun (2350 dəq.)

Amil Yunanov – 28 (2245)
Bəxtiyar Həsənalızadə – 27 (2430)
Azər Salahlı – 27 (2362)
Tural Axundov – 27 (2287)
Vüqar Bəybalayev – 24 (1956)
Fərhad Vəliyev – 23 (2070)
Rəşad Eyyubov – 23 (1873)
Xəyal Nəcəfov – 23 (1634)
Rail Məlikov – 22 (1784)
Ehtiram Şahverdiyev – 22 (1116)
Vurğun Hüseynov – 20 (1800)
Kamal Mirzəyev –19 (826)
Cavid Tağıyev –17 (1026)
Bəhlul Mustafazadə –16 (957)
Elnur Abdullayev - 8 (215)
Ülvi İsgəndərov – 7 (134)
Mehdi Cənnətov – 5 (450)
Nicat Qurbanov – 5 (141)
Ramil Həsənov – 4 (109)
Fərid Kərimzadə – 2 (23)
Səbuhi Abdullazadə – 1 (7)
Rüfət Abdullazadə – 1 (3)

 

2017/2018 mövsümündə "Sumqayıt" FK-nın vurduğu qolların müəllifləri: Amil Yunanov (10), Cavid İmamverdiyev (6), Tural Axundov (4), Rəşad Eyyubov (3), Bəhlul Mustafazadə (2), Bəxtiyar Həsənalızadə (2), Vurğun Hüseynov, Nicat Qurbanov, Azər Salahlı, Ehtiram Şahverdiyev.

Xəbər xətti