Neymarın arzusu: "Qvardiola ilə birgə çalışmaq istəyərdim"

17:32 - 26 May 2018

PSJ-nin futbolçusu Neymar diqqətçəkən açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Braziliya millisinin üzvü Pep Qvardiola haqda danışıb. O, ispaniyalı mütəxəssislə birgə çalışmaq arzusunda olduğunu deyib:

 

"Pep Qvardiola ilə birgə çalışmağı çox istəyərdim. O, möhtəşəm baş məşqçidir və məni daha da irəli apara biləcəyinə əminəm. Mən "Barselona"ya transfer olanda, o, klubdan ayrılmışdı. Birgə çalışmaq fürsətini qazanmamışıq".

 

Qeyd edək ki, Qvardiola hazırda "Mançester Siti"ni çalışdırır.

Xəbər xətti