Eyni rəqib, eyni hesab

19:29 - 26 May 2018

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası növbəti yoldaşlıq oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Bolqarıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız məğlub olub - 1:2. Yığmamızın qolunu Sona Rəhimova vurub.

 

Bu komandalar arasında 3 gün əvvəl keçirilmiş oyun da eyni hesabla bolqarıstanlı futbolçuların xeyrinə başa çatmışdı.

Xəbər xətti