Zidan: "Finalda təcrübə və ustalıqla qalib gəlmək mümkündür"

Çempionlar Liqasının finalında "Real" "Liverpul"a 3:1 hesabı ilə qalib gələrək 13-cü dəfə turnirin qalibi olub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "kral klubu"nun baş məşqçisi Zinəddin Zidan qələbəni şərh edib:

 

"Tarix yazmağa davam edirik. Bu anlar və bu duyğular üçün yaşayırıq. Bunun dadını çıxarmalıyıq. ÇL-ni ardıcıl 3 dəfə qazanmaq möhtəşəm hissdir. Finala yüksəlmək çətindir. Amma finalda təcrübə və ustalıqla qalib gəlmək mümkündür. Qarışıq bir mövsüm keçirdik, amma belə sonluq gözəl oldu".

 

Zidan oyunda ikinci hissədə daxil olaraq qollar vuran Qaret Beyli tərifləyib:

 

"Beyl oyuna daxil olan zaman nə lazım etmək gərəkdirsə, bunu bacardı. Bu hamının finalı idi, həm də Beylin. Həm Ronaldo, həm də Beyl klubda qalmalıdır".

Tarix: 27 May [14:39]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 İyun 2018
23  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio