Ronaldo: "Çempionlar Liqasının adını CR7 qoymaq lazımdır"

15:50 - 27 May 2018

Çempionlar Liqasının finalında "Real" "Liverpul"a 3:1 hesabı ilə qalib gələrək 13-cü dəfə turnirin qalibi olub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "kral klubu"nun ulduz futbolçusu Kriştiano Ronaldo açıqlama verib. O, transfer məsələsi ilə bağlı önümüzdəki günlərdə qərar verəcəyini açıqlayıb:


"Real" azarkeşlərinə təşəkkür edirəm. Bu klubda oynamaq gözəldir. Həmişə yanımda olublar və dəstəkləyiblər. Önümüzdəki günlərdə transfer suallarınıza cavab verəcəm. Yekun qərarımı açıqlayacam".

 

"Finalda qol vurmadığın üçün üzülmürsən?" sualına Ronalda belə cavab verib: "Kim? Mən? Çemöionlar Liqasında ən çox qolu kim vurub? Bəlkə də Çempionlar Liqasının adını CR7 qoymaq lazımdır. 5 dəfə bu turniri qazanmışam və yenidən ən yaxşı hücumçu olmuşam. Ona görə də üzgün ola bilmərəm".

Xəbər xətti