Vüqar Əsgərovun komandası xal itirdi

19:13 - 27 May 2018

Latviya Birinci Liqasında 6-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” səfərdə “Rezeknes FA/BJSS” ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

 

Vüqar start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

Vurduğu 7 qolla komandasının bombardiri olan, əvvəlki oyunların hamısında fərlənən Əsgərov bu dəfə rəqib qapısına yol tapa bilməyib.

 

“Dauqavpils” 6 turdan sonra 16 xalla vahid liderdi.

Xəbər xətti