Millimiz Makedoniyaya məğlub oldu

00:03 - 28 May 2018

Bu gün Azərbaycanın U-20 millisi yoldaşlıq görüşündə qüvvəsini sınayıb. 

 

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Makedoniyadan olan həmyaşıdları ilə üz-üzə gəliblər. Qarşılaşma qonaq komandanın qələbəsiylə başa çatıb. Matçın 81-ci dəqiqəsində Fərid Nəbiyev penaltidən yararlana bilməyib.

 

Bu komandalar bir neçə gün öncə də qarşılaşmışdılar. Həmin görüş 1:1 hesablı bərabərliklə nəticələnmişdi. Yığmamız may toplanışı çərçivəsində keçirdiyi ilk matçda isə Gürcüstanın U-20 millisinə 1:2 hesabıyla uduzmuşdu.

 

Yoldaşlıq oyunu

27 may

 

Azərbaycan (U-20) - Makedoniya (U-20) 0:1

Qol: Anton Krivotsyuk, 25 (avtoqol.)

Xəbər xətti