Eddi İsrafilov komandasına lazım deyil

11:30 - 28 May 2018

İspaniya Sequndasında 41-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” səfərdə “Almeriya” ilə qarşılaşıb və bu matçdan qolsuz bərabərliklə ayrılıb.

 

Eddinin adı həmişə olduğu kimi, bu qarşılaşmanın da iştirak ərizəsinə daxil edilməyib.

 

Qeyd edək ki, sona 1 tur qalmış “Alkorkon" 49 xal toplayıb. Hazırda 22 komanda arasında 14-cü pillədə qərarlaşan komanda liqada yerini hələ də rəsmiləşdirə bilməyib.

Xəbər xətti