"Liverpul"un futbolçusu ölümlə təhdid olunur: "Gecəni yatmamışam"

17:12 - 28 May 2018

Çempionlar Liqasının finalında “Liverpul”un “Real”a 1:3 hesabıyla uduzduğu matçda iki qolda kobud səhvə yol verən “qırmızılar”ın qolkiperi Loris Karius sosial şəbəkədəki hesabında açıqlama verib.

 

Sportal.az xəbər verir ki, səhvlərə görə sərt tənqid olunan alman qapıçı neçə gündü yata bilmədiyini bildirib:

 

"İndiyə qədər yatmamışam... Oyun epizodları təkrar-təkrar gözümün önünə gəlir. Komandamıza, azarkeşlərimizə, klub işçilərinə görə çox məyusam. Mənim kobud səhvlərimə görə uduzduq. Kiyevə gələn və uduzmağımıza baxmayaraq, bizi dəstəkləyən fanatlara təşəkkür edirəm. Təşəkkür edirik və biz gələcəkdə daha da güclənəcəyik! Zamanı geri qaytarmaq istəyirəm, amma mümkün deyil. Ən pisi odur ki, "Real"ı məğlub edəcəyimizi hiss edirdik və oyun zamanı üstünlük yaxalamışdıq".

 

Qeyd edək ki, Kariusun sosial şəbəkə hesablarına onu, sevgilisini və ailəsini ölümlə təhdid edirlər. Mersisayd polisi məsələni nəzarətə götürüb.

Xəbər xətti