"Roma" Xorvatiya millisinin üzvünü transfer etdi

18:31 - 28 May 2018

İtaliya A Seriyasında mövsümü 3-cü pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazanan "Roma" ilk transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki. paytaxt klubu Zaqreb "Dinamo"sundan Ante Çoriçi rənglərinə bağlayıb. Xorvatiya millisinin üzvüylə 2023-cü ilə kimi müqavilə bağlanıb. 21 yaşlı hücumameyilli yarımmüdafiəçinin keçidi "canavarlar"a 6 milyon avroya başa gəlib.

 

Çoriç Xorvatiya millisinin üzvüdür. O, "Dinamo"da 102 oyuna 15 qol vurmuşdu.

Xəbər xətti