Azərbaycanı avrokuboklara hansı komandalar təmsil edəcək?

00:51 - 29 May 2018

2018/19 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün komandalar məlumdur.

 

Sportal.az xəbər verir ki, Azərbaycan kubokunun finalında “Keşlə” “Qəbələ”yə 1:0 hesabı ilə qalib gələrək Avropa Liqasına vəsiqə qazanıb.

 

Yeni mövsümdə Azərbaycanı Çempionlar Liqasında “Qarabağ” təmsil edəcək. Ağdam klubu mübarizəyə I təsnifat mərhələsindən start verəcək.

 

“Keşlə”, “Qəbələ” və “Neftçi” klubları isə Avropa Liqasında mübarizə aparacaqlar. Bütün klublarımız mübarizəyə birinci mərhələdən başlayacaq.

Xəbər xətti