Stiven Monroz: "Bütün komanda şokdadı"

10:54 - 29 May 2018

"Çox çətin qarşılaşma oldu. "Keşlə" yaxşı komandadı və bizə ciddi müqavimət göstərdilər. Təəssüf ki, məğlub olduq. Amma bu, həyatdı, hər şey baş verə bilər".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Stiven Jozef-Monroz deyib. O, Azərbaycan kubokunun finalında "Keşlə"yə məğlub olduqları matçı şərh edib:

 

"Bizim kifayət qədər təhlükəli vəziyyətlərimiz oldu. Kuboka çox yaxınlaşmışdıq. Amma hər şeyi cəmi 1 qol həll etdi. Bütün komanda şokdadı, hamımıza çətindi". 

 

28 yaşlı futbolçu məğlubiyyətin səbəblərini deməkdə çətinlik çəkdiyini də əlavə edib: "Bu haqda danışmaq mənə ağırdır. Niyə belə olduğunu bilmirəm. Hamı meydanda var gücü ilə oynadı, amma nəticədə “Keşlə” qələbə qazandı". 

 

Stiven "Qəbələ"dəki gələcəyindən danışıb: "Bu oyunan sonra istirahətə yollanacağam. Sonra isə Avropa Liqasının seçmə mərhələsinə hazırlıq olacaq. Komandadan gələcəyimlə bağlı hər hansı problem görmürəm. Azərbaycanda qalacağam. "Qəbələ" ilə müqaviləm var və sonuna qədər oynamaq istəyirəm. Bu komandada çıxış etmək xoşuma gəlir". 

Xəbər xətti