Millimizin üzvü üçün yeni baş məşqçi

Türkiyənin “Bursaspor” klubunun yeni baş məşqçisi məlum olub.

 

Sportal.az xəbər verir ki, komandanın "sükanı arxası"na Samet Aybaba keçib. Təcrübəli mütəxəssislə 3 illik müqavilə imzalanıb.

 

Samet Aybaba son olaraq “Sivasspor”un baş məşqçisi olub.

 

Qeyd edək ki, U-21 millimizin üzvü Ozancan Kökcü "Bursaspor"da çıxış edir. O, mövsümün ikinci yarısını Hollandiyanın "Valveyk" klubunda keçirib və "yaşıl timsahlar"a geri dönüb.

Tarix: 29 May [16:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2018
22  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio