Türkiyə millisinin üzvü zədələndi

18:10 - 29 May 2018

Türkiyə milli komandasının heyətində itki baş verib.

 

Sportal.az xəbər verir ki, "ay-ulduzlular"ın gənc futbolçusu Abdulkadir Ömür zədələnib. 18 yaşlı vinger zədə səbəbindən millinin heyətindən kənarlaşdırılıb.

 

Qeyd edək ki, Türkiyə millisi Rusiya və Tunislə yoxlama oyunlarında qüvvəsini sınayacaq.

Xəbər xətti