"Qəbələ"dən bir heç-heçə, bir qələbə

10:32 - 30 May 2018

“Qəbələ”nin U-17 komandasının da iştirak etdiyi 66-ci Kvarnerska Riviyera turnirinə start verilib.

 

Sportal.az xəbər verir ki, Xorvatiyanın Riyeka şəhərində təşkil olunan yarışda hər komanda U-18-in üç üzvündən də yararlanmaq hüququna malikdi. “Qəbələ” qrup mərhələsinin ilk turunda Sloveniya təmsilçisi “Domjale” ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb. İkinci oyununu “Omişal”a qarşı keçirən “qırmızı-qaralar” meydanı qələbə ilə tərk edib - 2:0.  

 

"Qəbələ"nin qollarına Kamran Quliyev və Məhəmməd Abbaslı imza atıb. İlk iki turdan sonra 4 xala malik komanda 2-ci pillədə qərarlaşıb. “Osiyek”in 6, “Domjale”nin 1 xalı varsa, “Omişal” hər iki matçda uduzub. Bu gün keçiriləcək son turda “Qəbələ”nin rəqibi “Osiyek” olacaq.

Xəbər xətti