Agenti açıqladı: Levandovski "Bavariya"dan ayrılır

12:49 - 30 May 2018

"Bavariya"nın hücumçusu Robert Levandovski klubdan ayrılmaq istəyir.

 

Sportal.az xəbər verir ki, bu barədə 29 yaşlı futbolçunun agenti Pini Zahavi "Bild"ə açıqlamasında deyib: "Robert dəyişiklik etmək istəyir. O, karyerasında yeni bir macəra arzu edir".

 

Polşalı hücumçunun xidmətində PSJ, "Mançester Yunayted" və "Çelsi" maraqlıdır.

 

Qeyd edək ki, Levandovskinin "Bavariya" ilə 2021-ci ilə qədər müqaviləsi var.

Xəbər xətti